top of page
Əziz dostlar!

 

   Azərbaycaın dilbər güşəsi sayılan Şəki rayonunun Daşüz kəndində fəaliyyət göstərən Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialı sizi at belində diyarımızı səyahət etməyə dəvət edir. Respublika Atçılıq Turizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-ci il tarixli 393 nömrəli Sərancamı ilə Şəki Atçılıq Turizm Mərkəzi yaradılmış və Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil edilmişdir. Ölkə başçısının 01 fevral 2007-ci il tarixli 519 nömrəli Sərancamına əsasən həmin Mərkəzə “Respublika Atçılıq Turizm Mərkəzi” adı verilmiş, Şəki və Ağdam filialları onun tərkibinə daxil edilmişdir. Respublika Atçılıq Turizm Mərkəzi yaradılan gündən atçılıq turizminin və qeyri-maddi-mədəni irsimizin daşınmaz əmlakı sayılan milli atüstü oyunların inkişafı və təbliğatı məqsədilə aşağıda qeyd olunan tədbirləri təşkil etmişdir. 2006-cı ilin dekabr ayında atüstü turist yürüşü “Marafon” 45, habelə, ənənənvi “Çövkən” milli atüstü oyunu üzrə keçici Prezident Kuboku təsis edilmiş və həyata keçirilmişdir. 2013-cü ildə YUNESKO tarixində ilk dəfə çövkən milli oyunu bu beynəlxalq təşkilatın qorunan qeyri maaddi irs siyahısına daxil edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   

     

      Sizə  fərdi və ya qrup şəklində atüstü turist marşrutları təklif edirik.  Qonaqlar Şəkinin ərazisi ilə   1 və 2 günlük yürüşə çıxa bilərlər. Burada atlarla, yürüş şəraitində qidalanıb və çadırlarda gecələyəcəklər. Yürüşdə peşakar bələdçilər qonaqlarımızı zəngin flora və faunası olan yerlərlə gəzintiya aparacaqlar. Qonaqların istəyi ilə Şəki şəhərində yerləşən mədəni və tarixi abidələrə peşakar bələdçilərimizlə ekskursiyalar təşkil edirik. Mərkəzin xidmətlərindən istifadə edəın qonaqlara  təbiətdə samovar çayı zəngin Şəki şirniyyatı ilə təklif olunacaq. Yürüşlər zamanı bizim peşakar aşpazımız Şəki ocaqda hazırlanan mətbəxinin dadlı yeməklərini hazırlayacaq.  Səyahət zamanı siz zəngin flora və fauna, qədim tarixi olan  Kiş Alban məbədi, Gələrsən-Görərsən qalası, Şəki Xan Sarayı, Aşağı və Yuxarı Karvasaraylarla və digər tarixi və mədəni abidələrlə tanış olacaqsınız. Bu müddətdə Şəkinin zəngin və ləziz mətbəxi ilə tanış olacaqsınız. Bütün xidmətləri sizə yerli, adət-ənənələrə sadiq qalmış insanpərvər, qonaqsevən, üzügülər insanlar göstərəcəklər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   Romantik həyatı dadmaq, aktiv istirahət etməyi, adrenalinli təəsüratlar keçirtməyi və yeni biliklərə nail olmağı sizə təklif edirik.

 

 

 

 

 

 

 

RATM 10 il

April 18, 2016

Respubloka Atşılıq Turizm Mərkəzi 10 il.

Novruz Bayramınız MÜBARƏK

March 19, 2016

Qədim ədət və ənənəyə malik olan Novruz Bayramınızı təbrik ediril.

Please reload

bottom of page